Bu gün şaxta olacaq

Bu gün şaxta olacaq
  22 Noyabr 2014    Oxunub:1603
Bu gün Abşeron yarımadasında yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, noyabrın 22-i Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcək, arabir yağış yağacacaq. Şimal küləyi gecəyə doğru güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu axşam saatlarında 7-9, gündüz 10-12 dərəcə isti olacaq.

Rayonlarda da arabir yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qara keçəcək. Şərq küləyi əsəcək. Aran rayonlarında temperatur gecə 4-9 dərəcə, gündüz 9-14 dərəcə isti, dağlıq ərazilərdə gecə 0-4 dərəcə isti, bəzi yerlərdə 4 dərəcəyədək şaxta, gündüz 4-8 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti