Deputat İlkin Muradovun evində - FOTOLAR

Deputat İlkin Muradovun evində - FOTOLAR
  22 Noyabr 2014    Oxunub:4095
Millət vəkili Aydın Mirzəzadə Ermənistan Silahlı Qüvvələrinin helikopterini vuran hərbiçimizin evinə gedib.
AzVision.az xəbər verir ki, bu barədə deputat Facebook səhifəsində yazıb.

"Bu gün 12 noyabr 2014-cü il tarixində Ermənistan-Azərbaycan cəbhə xəttində Azərbaycan mövqeləri üstündə Ermənistan Silahlı Qüvvələrinin helikopterini vuran hərbiçimiz İ.M. ilə görüşə getdim. Qəhrəmanımız sadə və mətin bir oğlandır. Söhbətindən Azərbaycan ordusunda əsgər, mütəxəssis və zabitlərin yüksək hərbi hazırlığının daima diqqət edildiyinə şahid oldum. Ermənistan helikopteri öz cəzasızılığına ümid bəsləyərək əvvəllər də Azərbaycan mövqeyi üzərindən uçubmuş, ancaq bu dəfə öz cavabını alıb`.

Millət vəkili bildirib k, cəbhə xəttində mövqelərimiz möhkəmdir. O, bildirib ki, İlkin Muradov cəbhə xəttində hərbi qulluğa könüllü gedib: `Onların kəndindən çox sayda gənc bu gün ordu sıralarında müddətdən artıq xidmət edən hərbi qulluqçu, gizir və zabit kimi qulluq çəkir.

Ailələrindən çox xoşum gəldi. Zəhmətkeş insanlardır, övladlarını halal çörəklə böyüdüblər. Babası Nemət kişi isə "Nəvəm mənə oxşayıb, mənim qanımdır" dedi"-, deyə millət vəkili qeyd edib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti