Seçki komissiyalarının tərkibində dəyişikliklər edilib

Seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
  22 Noyabr 2014    Oxunub:1405
Noyabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 14 noyabr 2014-cü il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AzVision.az-a daxil olan məlumata görə, 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxıldı və Komissiya üzvlərinin müzakirəsindən sonra daxil olan hər 3 müraciətin təmin edilməsi qərara alındı.

MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.

İclasda cari məsələlərə də baxıldı.

Kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak edirdi.


Teqlər:





Xəbər lenti