Xızıda qatarla maşın toqquşdu, yaralılar var

Xızıda qatarla maşın toqquşdu, yaralılar var
  22 Noyabr 2014    Oxunub:1372
Bu gün axşam saatlarında Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Yük qatarı ilə 90 EZ 821 dövlət nömrə nişanlı “Volkswagen” markalı minik maşını toqquşub.

Qəza qorunmayan Məşədi Həsən dəmiryol keçidində qeydə alınıb. İlkin məlumata görə, qəza zamanı iki nəfər xəsarət alıb. Onlar Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir (APA).


Teqlər:





Xəbər lenti