İnternat məktəbinin direktoru: “Uşaqları o aldadıb...”

İnternat məktəbinin direktoru: “Uşaqları o aldadıb...”
  21 Noyabr 2014    Oxunub:1520
“Bizim internat məktəbdə hər cür şərait var. Necə ola bilər ki, bu boyda internat məktəbdə hamam olmasın?! Bu işlərin hamısını məktəbdə pedaqoq işləyən Mülkicahan Əliyeva edib. O, uşaqlarını başını aldadaraq tualetə aparıb. Tualetdə də uşaqlardan birini soyundurub, o birinin də əlinə şlanqı verib ki, bunu çimizdir. Sonra da bunları videoya çəkib”.
AzVision.az xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında Bilgəh qəsəbəsində yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayeva uşaqların tualetdə bir-birini çimizdirməsini özündə əks etdirən videoya münasibət bildirərkən deyib.

Gülnarə Abdullayeva ötən həftə internat məktəbdə bir azyaşlının yanması barədə mətbuatda yazılan xəbərlərin də əsassız olduğunu bildirib:

“Mən 10 aydır burda işləyirəm. Mülkicahan Əliyeva məndən əvvəlki direktor Mehparə xanımın vaxtında müavin olub. Mehparə xanımı da təyinatla başqa yerə göndərdilər. Mülkicahan Əliyevanın da təyinatı verilmişdi. Amma o, yeni işində çalışmaqdan imtina etdi. Dedi ki, qalıb burda pedaqoq işləyəcəm. Bu videonu yayan hüquq müdafiəçisi Nigar Hüseynqızından soruşun ki, həmin videonu onlara kim verib? Nigar Hüseynqızı düz danışmır, uşağın yanmasını ört-basdır etməmişəm. Fateh adlı uşaqdır, autizm xəstəliyindən əziyyət çəkir. Kiçik yanıq xəsarəti alıb. Buna baxmayaraq mən bu işdə məsuliyyəti olan tərbiyəçiləri cəzalandırmışam. Sizə onu da deyim ki, həmin uşaqların valideynləri də uşaqlarının adlarının mətbuatda hallanmasından şikayətçidirlər. Valideynlər deyir elə qohumlarımız var ki, heç bilmirlər bizim uşaqlarımız internat məktəbindədirlər”.

Gülnarə Abdullayeva direktor müavini, Ermənistandan siyasi sığınacaq almış Cavid Orucovun anası Mirvari Orucovadan isə heç kimin şikayətçi olmadığını da qeyd edib: “Hansı zəmanədə yaşayırıq? Heç bir valideyn övladına cavabdeh deyil. Başda mən olmaqla hamı Mirvari xanımın işindən razıdır”.

Qeyd edək ki, bu gün internat məktəblə bağlı məlumatları mediaya ötürən pedaqoq Mülkicahan Əliyeva və daha iki müəllim işdən çıxarılıb.


Teqlər:





Xəbər lenti