Davudoğludan azərbaycanlı İŞİD-çilərə xəbərdarlıq

Davudoğludan azərbaycanlı İŞİD-çilərə xəbərdarlıq
  21 Noyabr 2014    Oxunub:4552
Baş nazir Əhməd Davudoğlu Türkiyədən Suriyaya getmək istəyən xarici ölkə vətəndaşları ilə bağlı beynəlxalq ictimaiyyətin ittihamlarına cavab verib.

AzVision. az-ın verdiyi məlumata görə, Ə. Davudoğlu Türkiyənin İŞİD-ə qarşı olduğunu bəyan edərək ölkəsinin bu istiqamətdə dəyişməz mövqedə olduğunu deyib.

Davudoğlu bildirib ki, Suriyaya getmək istəyən terrorçu qruplaşmalar üçün Türkiyə sərhədləri bağlıdır.

“Türkiyə üzərindən Suriyaya heç bir İŞİD-çi getməyib. Bununla bağlı heç bir kəsin əlində sübut yoxdur. Türkiyənin sərhədləri açıqdır. Amma Suriyada baş verən atışmalardan və kimyəvi silahlardan qaçan Suriya xalqı üçün Türkiyə sərhədləri açıqdır. Türkiyə heç bir terror qrupuna səhəddən keçməklə bağlı icazə verməyib”.

Qeyd edək ki, “İslam Dövləti” ("İŞİD") qruplaşmasına qoşulmaq üçün Suriyaya keçməyə cəhd edən 4 Azərbaycan vətəndaşı Türkiyənin Kilis bölgəsində saxlanılıb. Azərbaycan Xarici İşlər Nazirliyindən də məsələ ilə bağlı açıqlama verilib. Bildirlib ki, Azərbaycan vətəndaşlarının Türkiyə ərazisindən Suiryaya keçmək cəhdi ilə bağlı məsələnin araşdırılması üçün Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliyi tərəfindən lazımlı tədbirlər görülür.

Bundan öncədə Azərbaycan vətəndaşlarının Suriyaya Türkiyə vasitəsi ilə keçdiyi hər kəsə məlumdur.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti