“Vulkan”dan ölən qadınla bağlı AÇIQLAMA

“Vulkan”dan ölən qadınla bağlı AÇIQLAMA
  21 Noyabr 2014    Oxunub:10074
Xəbər verdiyimiz kimi, ötən gecə Bakının Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Vulkan” motelində ölüm hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin açıqladığı rəsmi məlumata görə, Sumqayıt şəhər sakini Afaq Rafiq qızı Şükürovanın adıçəkilən motelin hamam otağında özünü asaraq intihar edib. Hadisə ilə bağlı müxtəlif məlumatlar səsləndirilir.

İntihar edən Afaq Şükürova motelə əmisi oğlu ilə gəlibmiş. İlkin məlumatlara görə, həmin şəxslər A.Şükürovanın əvvəllər sevgi münasibətləri olub. Qadın əmisioğlunu sevməsinə baxmayaraq, başqasına ərə gedib.

Belə bir məlumatda var ki, Afaq Şükürova əmisi oğlu ilə həmin moteldə görüşüb cinsi əlaqədə olub. Məhz bundan sonra o intihara əl atıb. Hadisənin səbəbi isə hələlik məlum deyil.

İntihar hadisəsində adı hallanan “Vulkan” motelinin administratoru AzVision.az-a açıqlamasında bildirib ki, hadisədə onların hər hansı bir günahı yoxdur.

“Otel fəaliyyətini davam etdirir. İşimiz öz qaydasında davam edir. Baş verən hadisəni polis araşdırır. Motelin fəaliyyətində isə heç bir problem yoxdu”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti