Erkən nikah bəlası: 8 toy dağıdılıb

Erkən nikah bəlası: 8 toy dağıdılıb
  21 Noyabr 2014    Oxunub:5394
“Erkən nikahlarla bağlı problem deyə bilmərəm ki, dünyada bizdən daha böyükdür, yoxsa, bizdən daha azdır. Düzdür, bizdə də belə bir məsələ var, ancaq çox təəsüsflər olsun ki, bir çox təşkilatlar onu şişirdirlər, təhrif olunmuş şəkildə beynəlxalq qurumlara çatdırırlar”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə (MM) "Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən konfranda Ailə, Qadın və Uşaq Problemlərinin həlli Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dilə gətirib.

H.Hüseynova bildirib ki, rəhbərlik etdiyi komitə tərəfindən təkcə bu il 7-8 yerdə erkən nikahlarla bağlı toyların qabağı alınıb. Onun dediyinə görə, övladlarını erkən nikahlara məcbur edən həmin ailələrə müxtəlif qurumlar vasitəsilə mesajlar göndərilib ki, siz Azərbaycan qanunvericiliyini pozursunuz, sizə qarşı cinayət işi açıla bilər.

"Biz istəyirik ki, erkən nikaha məcbur edilən qız uşaqları üçün ən azı şərait yaradılsın ki, onlar orta məktəbi oxuyub başa çatdırsınlar. Sonra onların ailə qurması mümkün ola bilər. İnsanlarla söhbət edərkən də onlara bu yöndə mənfi təsirlər olduğunu görürəm. Onların içərisində direktorlar da, müəllimlər də var. Əgər bir məktəb direktoru deyirsə ki, 15-16 yaşlı qız ərə gedə bilər, bu, bizim adət-ənənəmizdən irəli gəlir, ondan nə gözləyəsən? Bu, cahillik əlamətidir. Mən demirəm ki, onlar çoxdur, biz onlardan çoxuq və biz onlara birlikdə təsir etməliyik”-deyə, o, sözlərinə əlavə edib.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti