"Neftçi"nin oyunçuları arasında əlbəyaxa dava

"Neftçi"nin oyunçuları arasında əlbəyaxa dava
  21 Noyabr 2014    Oxunub:2810
Azərbaycan çempionatının XII turu çərçivəsində bu gün baş tutan "Simurq"-"Neftçi" matçının fasiləsində qalmaqal yaşanıb.

Rekord.az-ın verdiyi xəbərə görə, komandalar fasiləyə yollanan zaman "Neftçi"nin futbolçuları Elvin Yunuszadə ilə Ernest Nfor arasında mübahisə düşüb. Tərəflər öncə bir-birlərini zəif oynamaqda ittiham edib, sonra isə bir-birlərinə hücum çəkərək əməlli-başlı əlbəyaxa davaya çıxıblar.

Yalnız kənardakıların müdaxiləsindən sonra onları sakitləşdirib soyunub-geyinmə otağına aparmaq mümkün olub.



Teqlər:





Xəbər lenti