Messi `Barselona`dan ayrılır?

Messi `Barselona`dan ayrılır?
  21 Noyabr 2014    Oxunub:1627
Kataloniyanın “Barselona” futbol klubunun yeni prezidentinin 2016-cı ildə keçiriləcək seçkiləri argentinalı futbolçu Lionel Messinin “Kamp Nou”da qalmaq məsələsində mühüm rol oynaya bilər.

Xosep Bartomey Messini gələcək seçkilərdə müvəffəqiyyətin qarantı kimi saxlamaq niyyətindədir. Bundan sonra barselonalılar klubun əsas ulduzu ilə üzülüşə bilərlər. L.Messi onun üçün maksimum məbləğ ödəyən komandaya keçəcək.

Hazırda Messi komandanın prezidentinin siyasətindən bir o qədər də razı deyil. Hücumçunun fikrincə, “Barselona”da onu “Real”da Kriştianu Ronaldu kimi qiymətləndirmirlər. Bundan əlavə, Messi Kataloniya mətbuatından narazıdır. Onun fikrincə, KİV-lər “Barsa” rəhbərliyinin təlimatına uyğun fəaliyyət göstərərək, Neymarı klubun gələcək siması kimi təbliğ edirlər.

Daha əvvəl futbolçu Argentina KİV-lərinə müsahibəsində “Barselona” klubundan getməyi istisna etmədiyini bildirib.


Teqlər:





Xəbər lenti