Prezidentdən 18 milyonluq SƏRƏNCAM
AzVision.az xəbər verir ki, ölkə başçısının sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikasına ehtiyacını ödəmək üçün 8,0 (səkkiz) milyon manat və xaricdən damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan təsərrüfatlara 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün 10,0 (on) milyon manat ayrılıb.
AzVision.az
Teqlər: