Prokurorluqdan 54 nəfəri zorlayan şəxslə bağlı TƏKZİB

Prokurorluqdan 54 nəfəri zorlayan şəxslə bağlı TƏKZİB
  20 Noyabr 2014    Oxunub:1949
Baş Prokurorluq ötən gün bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatların həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb.
Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilir ki, bəzi KİV-lərdə Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə istintaq olunan cinayət işi üzrə təqsirləndirilən - 1968-ci il təvəllüdlü Gülmalıyev Əli Gülmalı oğlunun güya 54 nəfəri zorlamasına dair həqiqəti əks etdirməyən məlumatlar dərc edilib.

Həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib edilir və bununla əlaqədar bildiririk ki, həmin cinayət işi üzrə 2 nəfər zərər çəkmiş şəxs qismində tanınıb, Əli Gülmalıyev isə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.



Teqlər:





Xəbər lenti