Türk nazirdən Azərbaycana təşəkkür

Türk nazirdən Azərbaycana təşəkkür
  20 Noyabr 2014    Oxunub:1339
Trans Anadolu qaz boru kəməri (TANAP) layihəsi Avropa ölkələri və Türkiyənin enerji təhlükəsizliyinin təmin olunması üçün atılan addımdır.
AzVision.az-ın “TRT Haber”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Nazirin sözlərinə görə, hazırda qlobal xarakter daşıyan layihələr var və TANAP onlardan biridir.

Taner Yıldız eyni zamanda bu layihənin reallaşdırılması üçün Azərbaycana öz təşəkkürünü bildirib.

Qeyd edək ki, TANAP layihəsi üzrə qarşılıqlı anlaşma memorandumu 2014-cü il mayın 26-da Ankarada Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev arasında imzalanıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti