Elmira Süleymanovanın səhhəti pisləşib

Elmira Süleymanovanın səhhəti pisləşib
  20 Noyabr 2014    Oxunub:3245
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın səhhətində müəyyən problemlər yaranıb.
Bu barədə AzVision.az-a açıqlamasında Elmira Süleymanovanın özü məlumat verib.

O, bildirib ki, səhhəti ilə əlaqədar olaraq bir neçə gün xəstəxanada müalicə qəbul edib:

“Səhhətimdə müəyyən problemlər var idi. İki gün xəstəxanada müalicə aldım. Xəstəxanadan yeni çıxmışam. İndi də özümü yaxşı hiss etmirəm. Hazırda müalicəm davam edir”.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti