Girovlarla bağlı aksiya başa çatdı

Girovlarla bağlı aksiya başa çatdı
  20 Noyabr 2014    Oxunub:1201
Qarabağ Azadlıq Təşkilatının azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı keçirdiyi 1 həftəlik aclıq aksiyası bu gün dayandırılıb.
Təşkliatdan AzVision.az-a verilən məlumata görə, QAT İdarə heyəti bu barədə qərar qəbul edib.

Qərar qəbul olunarkən aksiya iştirakçılarının səhhətində yaranmış gərginlik, həkimlərin təkid etməsi, həmçinin aksiyanın kifayət qədər rezonans doğurması nəzərə alınıb. Yeddi gün ərzində aksiyaya geniş dəstək verilib, girovların məsələsi kifayət qədər ictimailəşdirilib, hakimiyyətin və beynəlxalq təşkilatların fəaliyyətində müəyyən irəliləyişlər hiss olunub.

QAT rəhbərliyi aclıq aksiyasının iştirakçıları ilə birlikdə bu gün 20 noyabr terror aktı qurbanlarının məzarlarını da ziyarət edib, məzarların üzərinə gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar.

QAT 20 noyabr terror aktı nəticəsində helikopterdə həlak olmuş insanlarla bağlı Milli Məclisə müraciət edib. Müraciətdə həlak olanların xatirəsinin əbədiləşdirilməsi, onlara şəhid statusunun verilməsi barədə tələblər öz əksini tapıb.


Teqlər:  





Xəbər lenti