`Cənub Dəhlizi` TAP-a uduzur

`Cənub Dəhlizi` TAP-a uduzur
  20 Noyabr 2014    Oxunub:1656
İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi Romada keçirdiyi mətbuat konfransında Rusiyanın Cənub Dəhlizi təbii qaz xəttinin Ukrayna böhranı səbəbindən şübhə altına düşdüyünü bildirib.

AzVision.az
xəbər verir ki, “Bu, faydalı infrastrukturdur, lakin ola bilsin, daha prioritetlər siyahısında deyil”,- deyən Quidi 2020-ci ildə Azərbaycanın təbii qazını Apuliyaya aparacaq TAP boru kəmərinin strateji prioritet olduğunu vurğulayıb.

Macarıstan isə bəyan edib ki, Brüssel və Vaşinqtonun təzyiqlərinə baxmayaraq, 2015-ci ildə Cənub Dəhlizi təbii qaz xətti layihəsinə başlayacaq.

Brüssel və Vaşinqtonun rəyinə görə, $40 milyard dəyəri olan Cənub Dəhlizi Rusiyanın Şərqi Avropa enerji bazarındakı mövqelərini möhkəmlədəcək, Avropanın bu ölkədən enerji asılılığını gücləndirəcək. Macarıstanın qərarını isə bu ölkənin Rusiyanın orbitinə sürüklənməsi kimi qəbul edirlər.

Budapeşt rəsmiləri isə məsələyə başqa cür yanaşırlar. Onların fikrincə, Qərbi Avropa başqa alternativlər qoymayıb. “10 illik tərəddüddən sonra bəlli oldu ki, NABUKKO çəkilməyəcək. Bizsə hansısa addımı atmalıyıq axı”,- deyə ölkənin enerji məsələləri üzrə dövlət katibi Andras Aradzski bildirib.

Qeyd edək ki, `Cənub Dəhlizi`nin 2017-ci ildə hazır olması planlaşdırılır. Layihənin məqsədi Rusiya qazını Ukraynadan yak keçməklə Avropaya çıxarmaqdır.

AzVision.az



Teqlər:





Xəbər lenti