Bu uşağın köməyə ehtiyacı var

Bu uşağın köməyə ehtiyacı var
  20 Noyabr 2014    Oxunub:2573
10 yaşlı Yasin Məmmədzadə uşaq serebral iflicindən əziyyət çəkir. Uşaqlıqda keçirdiyi sarılıq xəstəliyinin nəticəsi olan bu xəstəlik onun yaşıdları kimi hərəkət etməsinə, təhsil almasına, hətta normal qidalanmasına da imkan vermir. Yasinin problemi isə təkcə səhhətində olan nasazlıq deyil, həm də doğulduğu ailədə ona olan münasibətdir. Atası tərəfindən tərk edilən uşağın indi yoxsul anasından başqa kiməsi yoxdur.

Yasinin anası Cəbrayıl rayonundan qaçqın olan Ülviyyə Mahmudova deyir ki, övladının tam sağalması mümkündür, lakin maddi imkanı olmadığından övladını müalicə etdirə bilmir: "Hal-hazırda valideynlərimlə yaşayıram. heç yerdən gəlirim yoxdur. Atası da uşağa heç bir köməklik göstərmir. Həkimlər Yasin doğulduqdan sonra bir daha ana olmayacağımı, yenidən övlad dünyaya gətirə bilməyəcəyimi demişdilər. Bu uşaq da xəstə olduğuna görə, ərim həm məni, həmdə Yasini atıb getdi. 2ildir ki, boşanmışıq. Ayda cəmi 90 manat aliment verir. Uşağ xəstə olduğuna görə, bizi istəmədi, buna görə ayrıldıq. Yasinə qarşı çox laqeyd idi, birgə yaşadığımız müddətdə heç bir həkimə aparmağa qoymurdu, deyirdi lazım deyil boşuna müalicə etmək, onsuz da sağalan deyil. Qaynanam da deyirdi ki, iynə vuraq ölsün, sağalan deyil onsuz. Mənim atasınsan və onun ailəsindən heç bir istəyim yoxdur, istədiyim tək şey uşağım sağalması və ayaga qalxmasıdır. Onsan sonra istəsə getsin atası ilə də görüşsün".

Ülviyyə xanım deyir ki, oğlumun müalicəsi tək bir əməliyyatla sağalan xəstəlik deyil: "Yasinin müalicəsi uzunmüddətə aparılmalıdır, ancaq müalicəyə ara vermək olmaz. Mütəmadi həkimin göstərişi ilə idman, masaj və digər terapiyalar olmalıdır. Dərmanları çox bahadır, bəzən bir dərmanı 100-150 manata alıram. Ancaq mənim bu müalicəni aparmağa imkanım olmadığından Yasinin vəziyyəti daha da pisləşir, əvvəlki müalicələrin təsiri də itir".

Ülviyyə xanımın sözlərinə görə, əvvəllər Yasin nəinki yeriməyi, danışmağı, ayaq üstə durmağı, yeməyi çeynəməyi belə bacarmayıb, lakin 2 il aparılan müalicə nəticəsində indi ən azından otura bilir, ağzındakı qidanı çeynəyib udur, qısa ifadələrlə fikrini izah edir. Nevroloji dispansedə və Uşaq Bərpa Mərkəzində müalicə alan Yasin indi sadəcə qohumalrının hesabına qısa müddətə müalicəsini davam etdirir. Müayinə üçün övladını İrana apardığını deyən ananın artıq bunun üçün maddi imkanı yoxdur.

Ülviyyə Mahmudova deyir ki, Yasin xəstə olsa da əqli qüsuru yoxdur: "Yaşıdlarına baxanda çox əzab çəkir. Onlar kimi oynamaq, qaçmaq istəyir, lakin sinirlər iflic olduğundan beyin bədəni idarə edə bilmir". Ülviyyə xanımın sözlərinə görə, Yasinin əl və ayaq damarlarının açılması üçün əməliyyat olunmasına ehtiyac var. Bu əməliyyatın qiyməti isə təxminən 4000-5000 manat məbləğindədir. Həkimlər Yasinin sağalacağına 90 faiz ümidlidirlər, ancaq müalicə vaxtında aparılmazsa bu şans getdikcə azalır".

İmkansız ailə bu günə kimi dövlət qurumlarından yalnız yerli icra hakimiyyətinə müraciət ediblər. İcra hakimiyyəti bir dəfə 30 manat yardım, sonra isə heç bir köməklik göstərməyib.
İndi balaca Yasin sağlamlığına qovuşmaq üçün xeyirxah, yardımsevər şəxslərdən yardım gözləyir. İndi onun yeganə ehtiyacı əl və ayaqlarında aparılacaq əməliyyat və mütəmadi olaraq masaj və idman terapiyasıdır.
Yardım etmək istəyənlər hesab nömrəsini qeyd edirik. İnanırıq ki, balaca Yasinin və çarəsiz ananın köməyinə gələn tapılacaq.

Mahmudova Ülviyyə Qasım qızı
AZ96UBAZ18221012041010AZN001
UNİBANK CB 17 BRANCH
SWIFT adresi: UBAZAZ22
(BAKU, AZ, Azerbaijan)
KOD: 502036
VOİN: 1300017201

Əlaqə nömrəsi: 055 890 34 17




Teqlər:





Xəbər lenti