Qarabağa getməyin – Türklərə xəbərdarlıq

Qarabağa getməyin – Türklərə xəbərdarlıq
  20 Noyabr 2014    Oxunub:1814
Türkiyənin Təhsil Nazirliyi 81 əyalətdəki təhsil idarəsinə Ermənistana səfər edən şagirdlərlə bağlı tapşırıq verib.

AzVision.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, nazirliyin əmrində göstərilir ki, şagirdlər Ermənistanda keçirilən mədəni tədbirlərlə yanaşı idman müsabiqələrinə qatıla bilərlər. Lakin, 2015-ci ildə keçirilməsi planlaşdırılan “Ermənistan olimpiada”sı üçün İrəvana gedəcək komandalar Dağlıq Qarabağa getməməlidir.

Qeyd edək ki, Türkiyədən olimpiadaya erməni liseyləri də daxil olmaqla 3 komanda qatılacaq.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti