Bakıda "Gelandewagen" aşdı - (Video)

Bakıda "Gelandewagen" aşdı - (Video)
  17 Noyabr 2014    Oxunub:2662
Bu yol nəqliyyat hadisəsi Bakının Nərimanov rayonu ərazisində -Təbriz küçəsində qeydə alınıb. Üzü "Nəriman Nərimanov" metrostansiyasına tərəf hərəkətdə olan iki avtomobilin anidən toqquşması ağır nəticəyə səbəb olub.
Qəzanın başvermə anı Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameriaları vasitəsilə qeydə alınıb. Görüntülərdən məlum olur ki, "Mersedes-Gelandewagen" markalı avtomobil yolun sol zolağı ilə hərəkətdə olarkən qarşıda hərəkət edən BMW markalı avtomobil qəflətən onun yoluna çıxır. BMW sola dönməyə çalışır.

Hansı ki, diqqətlə baxdıqda görürük ki, asfalt üzərindəki yol nişanında yalnız düzünə hərəkətə icazə veririr. Nişana əhəmiyyət verməyən sürücü sürətlə hərəkət edərkən qəflətən sola dönür və bu anda "Gelandewagen" onu ortadan vurur.

Zərbənin gücündən BMW arxası üstə, "Gelandewagen" isə yanı üstə aşır. Hər iki avtomobildə olan gənclər sağ-salamat maşınlardan çıxa bilsələr də, yəqin ki, ani səhvin ucbatından düşdükləri vəziyyəti heç vaxt unuda bilməzlər (avtosfer.az).




Teqlər:





Xəbər lenti