Əslində kim azad edilməlidir?

Əslində kim azad edilməlidir?
  13 Noyabr 2014    Oxunub:3098
Seymur Süleymanov

Son zamanlar bir meyl çox aşkar görünür: Azərbaycan hakimiyyətinə xaricdən təzyiq etmək istəyəndə dərhal daxildəki `kalon`larını hərəkətə gətrirlər. 9 noyabr Bayraq Günündə keçirilən mitinq də belə hərəkətlərdən biri idi.


Mitinqdə “siyasi məhbus”lara azadlıq, mətbuata “təzyiqlərə” son qoyulması kimi şüarlar səsləndirildi. Çıxış edənlər tez-tez dedilər ki, “bizdə 100 siyasi məhbus var”. Cənablar, bizdə 100 siyasətçi varmı ki, 100 siyasi məhbus da olsun? Azərbaycanda siyasi məhbus yoxdur! Başqalarına maşa olan məhbuslar var! Düşmənə çalışan, Vətənə xəyanət edənlər var. Onlar üçünsə məhbəs çox yaxşı yerdir. Onların tərəfdarları məncə, minnətdarlıq mitinqi keçirməlidirlər kumirləri dinc və təhlükəsiz yerdə saxlanıldığına görə. Çünki azadlıqda qalsalar, bu cür açıq xəyanətə gedənləri cəmiyyətin özü linç edə bilər...

Bu gün iki vətəndaşımız erməni girovluğundadır - Dilqəm Əhmədov və Şahbaz Quliyev. Müxalifətin 9 noyabr və öncəki mitinqlərdə bu iki vətəndaşımıza azadlıq tələb etməyə hünəri çatmadı. Leyla Yunusun azadlığı sizə Dilqəm və Şahbaz-ın Vətənə qayıtmasından dahamı vacibdir?!

Hər gün müxalifət qəzetlərində "Vicdan məhbuslarına azadlıq" adı altında Leyla Yunusun şəkilini verə bilirlər, Şahbaz və Dilqəmin şəkillərini yox?! Xaricdən gələn tələblər və əmrlərlə addım atdıqları üçün bunu bacarmırlar. Çünki 2 girovumuzun azadlığına Amerika və Qərb biganə yanaşır. Onları bu iki vətəndaşımızın ermənilərin girovluğundan azad edilməsi yox, Azərbaycanda xaos və qarışıqlıq yaratmaq maraqlandırır. Ona görə də, biz hakimiyyətlə yox, torpaqlarımızın 20 faizini işğal edən Ermənistana qarşı savaşmalıyıq.

Müxalifət hakimiyyətə xaricdən gələn təzyiqlərə sevinir. Və bunun üstündə təbliğat qurur. Halbuki, bu, normal vətəndaş və insan mövqeyi deyil. Axı onsuz da dövlətimiz bu cılız oyunlara baxmayaraq, inkşaf etməkdədir. Çünki güclüdür. Bu gücü də xalqdan alır.


Teqlər:  





Xəbər lenti