Yeni virus aşkar olunub - Diqqətli olun
Yeni virus “Mac” kompyuterinə və ya noutbukuna qoşulmuş USB-kabel vasitəsilə avtomatik olaraq iPhone , yaxud iPad qurğularına daxil olur. O hətta iPhone və ya iPad “Jailbreak” prosedurundan keçmədikdə də bu qurğulara daxil ola bilir. “Jailbreak” rəsmən “Apple” tərəfindən dəstəklənməyən və bu korporasiyanın qurğularına başqa mağazalardan əlavələr köçürmək imkanı verən əməliyyatdır. “Palo Alto Networks” icmalında deyilir: “WireLurker” USB vasitəsilə viruslu OS X sisteminə qoşulmuş bütün iOS-qurğuları izləyir və “Jailbreak” prosedurunun olub-olmamasından asılı olmayaraq kənar əlavəni bu qurğuya avtomatik surətdə daxil edir.
Bu, “Palo Alto Networks” şirkətinin qarşılaşdığı belə tipli ilk və ən güclü virusdur. Bu virus qurğuya düşən kimi ünvan və məlumat bölmələrinə daxil olur. Lakin zərərverici proqramın son məqsədi hələ ki, aşkar edilməyib.
Teqlər: