70 Ukrayna əsgəri mühasirəyə düşdü

70 Ukrayna əsgəri mühasirəyə düşdü
  01 Noyabr 2014    Oxunub:1938
“Luqansk Xalq Respublikası”nın qərargahının yaydığı məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin 70-ə yaxın əsgəri mühasirəyə düşüb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata əsasən hərbçilər Frunza qəsəbəsi yaxınlığında mühasirəyə düşüblər.
Qərargah rəsmilərinin sözlərinə görə, hazırda əsgərlərin təslim olması və ya silahsız şəkildə mühasirədən çıxmağa dair danışıqlar aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti