Millinin yeni `məşqçi`sindən açıqlama - Yalandır

Millinin yeni `məşqçi`sindən açıqlama - Yalandır
  01 Noyabr 2014    Oxunub:1810
Azərbaycan millisinə baş məşqçi təyin olunmasına dair Xorvatiya mətbuatında yayılan xəbərlərə nəhayət ki, Robert Prosineçki özü aydınlıq gətirib.

AzVision.az rekord.az-a istinadən xəbər verir ki, məşqçi həmyerlilərini yalan məlumat yaymaqda ittiham edib:

"Bəli, Fransada Azərbaycan Futbol federasiyasının rəhbər şəxsləri ilə görüşmüşəm. Onlar mənə bildirdilər ki, bu ölkənin milli komandasının baş məşqçisi postuna namizədlər arasında mənim də adım var. Amma aramızda heç bir razılaşma olmayıb. Bu barədə Xorvatiya mətbuatında yazılanlar yalandır. Sadəcə, görüşdük və danışdıq. Ancaq danışqılarımızı yenidən davam etdirə bilərik. O zaman razılaşma əldə olunsa bunu hər kəs biləcək".



Teqlər:





Xəbər lenti