64 cinayət: 2 ölü, 41 həbs

64 cinayət: 2 ölü, 41 həbs
  01 Noyabr 2014    Oxunub:1131
Oktyabrın 30-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 64 cinayət faktından 31-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 4 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 41 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti