Yol polisindən sürücülərə xəbərdarlıq

Yol polisindən sürücülərə xəbərdarlıq
  31 Oktyabr 2014    Oxunub:1617
“Baku World Challenge 2014” avtomobil yarışları ilə əlaqədar Bakının cənub girişində - “20-ci sahə” dairəsindən “Azneft”ə qədər nəqliyyatın hərəkəti dayandırılıb.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəisi Vaqif Əsədovun ANS PRESS-ə verilən məlumata görə, bu istiqamətdən paytaxta gələn sürücülər alternativ yolla Badamdar qəsəbəsindən və ya Xocahəsən yolu ilə dairəvi yoldan Tbilisi prospektinə çıxmalıdırlar.

"Bakı-Ələt yolunun14-cü kilometrliyindən Sədərək və ya Binə ticarət mərkəzləri, yaxud Lökbatan qəsəbəsi istiqamətinə hərəkət edərək 3-cü kənar dairəvi yoldan və ya Xocasən yolundan keçməklə istənilən istiqamətlər üzrə hərəkət etməlidir", - deyə Vaqif Əsədov bildirib.

Yol polisi vətəndaşlardan mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi məsləhət bilir: "Mümkün qədər vətəndaşlar ictimai nəqliyyatdan az istifadə etsinlər".

Qeyd edək ki, “Baku World Challenge 2014” avtomobil yarışları noyabrın 1-2-də keçiriləcək.



Teqlər:





Xəbər lenti