Prezident təbrik məktubu göndərdi

Prezident təbrik məktubu göndərdi
  31 Oktyabr 2014    Oxunub:1153
Azərbaycan prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – İnqilab günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Əlcəzair arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.


Teqlər:





Xəbər lenti