Oqtay Əsədov səfiri qəbul edib

Oqtay Əsədov səfiri qəbul edib
  31 Oktyabr 2014    Oxunub:1385
Milli Məclisin Sədri Oqtay Əsədov Litvanın ölkəmizdə yeni təyin olunmuş səfiri Valdas Lastauskası qəbul edib.
Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, spiker qonağı ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edərək, ona gələcək işlərində uğurlar arzulayıb. Milli Məclisin Sədri belə bir inamı ifadə edib ki, Valdas Lastauskas Azərbaycan – Litva əlaqələrinin daha da möhkəmlənməsi üçün səfir kimi öz qüvvə və bacarığını əsirgəməyəcək.

Bildirilib ki, müstəqil Azərbaycan Litva ilə əməkdaşlığın daha da dərinləşməsində maraqlıdır. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmin yaradıb. Sədr hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib. Bildirib ki, nüfuzlu beynəlxalq qurumlarda deputatların mütəmadi görüşləri və prinsipial məsələlər ətrafında fikir mübadiləsi aparılması ümumi məqsədlərə xidmət edir.

Söhbətdə spiker yüksək səviyyəli siyasi münasibətlərin, iqtisadi əlaqələrin inkişafı üçün də münbit zəmin yaratdığını söyləyib. Qeyd edilib ki, energetika, turizm, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial imkanlar mövcuddur.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Valdas Lastauskas Azərbaycanda diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

O, ölkəsinin Azərbaycanla həyatın müxtəlif sahələrində əlaqələrin dərinləşməsinə böyük maraq göstərdiyini vurğulayıb. Bildirilib ki, parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı iqtisadi əməkdaşlığın gücləndirilməsi günün tələbidir.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti