Ərdoğan və Olland Qarabağı müzakirə edib

Ərdoğan və Olland Qarabağı müzakirə edib
  31 Oktyabr 2014    Oxunub:1858
Türkiyə və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanma yollarını müzakirə edib.

AzVision.az-ın “TRT Haber”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə brifinqin gedişi zamanı Fransa prezidenti Fransua Olland bildirib.

Prezidentlər həmçinin münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun fəaliyyətini də müzakirə ediblər.

Qeyd edək ki, oktyabrın 27-i Fransa prezidentinin dəvəti əsasında Parisdə Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.

Qeyd edilib ki, İlham Əliyevlə Serj Sarkisyan BMT-nin Baş Assambleyasının 2015-ci ilin sentyabrında Nyu-Yorkda keçiriləcək toplantısı çərçivəsində görüşməklə, danışıqları davam etdirmək haqqında razılığa gəliblər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti