MSK partiyaların səlahiyyətli nümayəndələrini qeydə alıb

MSK partiyaların səlahiyyətli nümayəndələrini qeydə alıb
  31 Oktyabr 2014    Oxunub:1488
Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, ilk öncə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 27 oktyabr 2014-cü il tarixli iclas protokolu təsdiq olunub.

Daha sonra Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiq olunub. YAP-ın MSK-dakı məşvərətçi səs hüquqlu üzvü millət vəkili Aydın Böyükkişi oğlu Mirzəzadə olub.

Həmçinin iclasda 2014-cü il 23 dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokratik İslahatlar Partiyasının, Azərbaycan Sosial Demokrat Partiyasının, Böyük Quruluş Partiyasının, Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması səsə qoyularaq qəbul olunub.

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti