İraqda partlayışlar: Ölənlər var

İraqda partlayışlar: Ölənlər var
  31 Oktyabr 2014    Oxunub:1395
İraqda yerləşən bazarlarda iki terror aktı törədilib.
AzVision.az-ın “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayışlar nəticəsində 9 nəfər ölüb, 24 nəfər isə yaralanıb.

Məlumata əsasən ilk partlayış paytaxt Bağdadın cənubunda yerləşən madain şəhərində törədilib. Partlayış nəticəsində 4 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

İkinci terror aktı Bağdada törədilib. Bu terror aktı zamanı isə 4 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti