Ermənistan aviaşirkəti fəaliyyətini dayandırıb

Ermənistan aviaşirkəti fəaliyyətini dayandırıb
  31 Oktyabr 2014    Oxunub:1580
Ermənistan aviaşirkəti - “Air Armenia” şirkəti dekabrın 20-dək fəaliyyətini dayandırıb.
AzVision.az-ın məlumatına görə, bu barədə şirkətin rəsmi saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd edilib ki, “Rosaeronaviqasiya” sentyabrın 21-dən “Air Armenia” aviaşirkətinə Rusiya istiqamətində uçuşların həyata keçirilməsinə dair qoyduğu qadağa ilə əlaqədar olaraq aviabiletlərin satışı 60% aşağı düşüb. Bu qərar isə şirkətdə ciddi maliyyə problemləri yaradıb.

Qeyd edək ki, sentyabrın 21-dən etibarən “Air Armenia” şirkətinə Rusiya hava məkanında aeronaviqasiya xidmətinin göstərilməsi dayandırılıb.Borcların ödənilməsi üçün “Air Armenia” aviaşirkətinə bir neçə dəfə vaxt verilsə də, şirkət rəhbərliyi borcların azaldılması ilə əlaqədar heç bir addım atmayıb.

Ümumilikdə, “Air Armenia” aviaşirkətinin Rusiya tərəfinə ümumilikdə 1,1 milyon dollar borcu var.

“Air Armenia” aviaşirkəti 2003-cü ildə yaradılıb. İlkin olaraq şirkət yük daşımaları məşğul olub, 2013-cü ildə isə sərnişin daşımaları həyata keçirmək üçün lisenziya alıb. Şirkət Rusiyanın Moskva, Sankt – Peterburq, Soçi, Krasnodar və bir sıra digər şirkətlərinə uçuşlar həyata keçirir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti