Çiskin olacaq, yağış yağacaq

Çiskin olacaq, yağış yağacaq
  31 Oktyabr 2014    Oxunub:1463
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 9-12, gündüz 13-16 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 764 mm civə sütununa düşəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı, bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 12-17, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti