Türkiyə erməni “genosidi” haqda filmi maliyyələşdirəcək?!

Türkiyə erməni “genosidi” haqda filmi maliyyələşdirəcək?!
  29 Oktyabr 2014    Oxunub:2122
Türkiyə hökuməti erməni “genosid”i haqqında filmi maliyyələşdirmək niyyətindədir. Bu barədə “Dünya insanları” Ermənilərin tarixi-mədəni irsinin dəstəklənməsi və inkişafı Fondunun təsisçisi Stefan Yekimyan məlumat verib.

- Biz hazırda “Nənəmin boyunbağısı” adlı film çəkməyə hazırlaşırıq. Bu, müasir hadisələr haqqında müasir filmdir, ama arada keçmişin xatırlanır. Türkiyə hökuməti layihənin xərclərinin 50%-ni qarşılayacaq,- deyə Yekimyan bildirib.

Onun sözlərinə görə, ermənicə adı “Voskeat” olacaq filmdə dünya miqyaslı ulduzlar yer alacaqlar. Filmin büdcəsi $10-12 milyon olacaq.

Əgər Yekimyan düz deyirsə, buna sadəcə olaraq ad qoymaq mümkün deyil. Türkiyə hökuməti öz dövlətinin və xalqının əleyhinə filmi necə, hansı məntiqlə maliyyələşdirə bilər? Qərbin gözündə “demokratik” və “tolerant” görünmək üçünmü? Yoxsa başqa məqsədlər var? Amma nə məqsəd olmasından asılı olmayaraq, buna haqq qazandırmaq mümkün deyil axı.

AzVision.az məsələni diqqətdə saxlayacaq.

Tariyel



Teqlər:





Xəbər lenti