`Azərbaycan polisi bir dəfə də olsun, vətəndaşa atəş açmayıb`

`Azərbaycan polisi bir dəfə də olsun, vətəndaşa atəş açmayıb`
  29 Oktyabr 2014    Oxunub:7057
Milli Məclisin dünənki iclasında “Polis haqqında” qanuna dəyişikliklər müzakirə edilib. Dəyişiklik ondan ibarətdir ki, polisə cinayətkarlara qarşı elektroşok qurğusundan istifadə etməyə icazə verilir. Bu qurğunu gəzdirəcək şəxslərin, yəni zabitlərin dairəsi daxili işlər nazirinin əmri ilə müəyyən ediləcək.

Millət vəkili Sahib Alıyev AzVision.az-a bildirib ki, dəyişiklik qüvvəyə minməmişdən onun əleyhinə kampaniya aparılır və ümumiyyətlə, bəzi güclər hər vəchlə Azərbaycan polisini gözdən salmağa çalışırlar ki, burada da məqsəd aydındır: “Məqsəd budur ki, əvvəlcə güc strukturlarını gözdən salsınlar ki, sonra da ölkədə sabitliyin pozulması yönündə öz planlarını həyata keçirsinlər. Amma bu arzularına çatmayacaqlar”.

- Belələrinə bildirmək istəyirəm ki, Azərbaycan polisi bir dəfə də olsun, xidməti silahdan hər hansı vətəndaşa qarşı qanunsuz atəş açmayıb,- deyə Sahib Alıyev vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, bizim güc strukturlarını qaralamaq üçün tapışırıq verən ölkələrdə az qala hər həftə polis əlində silahı olmayan vətəndaşa atəş açır və çox zaman da bunun irqçilik zəminində baş verdiyi haqda xəbərlər yayılır: “Nədən onlar elektroşok gəzdirə bilər, amma bizim polislər yox? Mən əminəm ki, elektroşokdan da Azərbaycan polisi ancaq qanun çərçivəsində istifadə edəcək. Ümumiyyətlə, əgər biz istəyiriksə ki, güclü dövlətimiz olsun, onda bu dövlətdə sabitliyin qorunmasında mühüm yeri olan polisin də güclü olmasını istəməliyik. Və əgər məndən soruşsalar ki, polis deyəndə gözünün önünə kim gəlir, mən deyərdim ki, 2003-cü ilin oktyabrında gözü qızmış kütlənin ayaqları altından bir uşağı xilas edərək, ona süni nəfəs verib, həyata qaytaran vətəndaş”.

AzVision.az



Teqlər:





Xəbər lenti