Baş nazirə hücum etdilər - VİDEO

Baş nazirə hücum etdilər - VİDEO
  28 Oktyabr 2014    Oxunub:2340
Böyük Britaniyanın baş naziri Devid Kemeron Lids şəhər meriyasından çıxanda naməlum şəxs ona hücum edib.
Gənc qaçaraq ona yaxınlaşıb. Mühafizə vaxtında reaksiya vermədiyi üçün baş nazir özü-özünü müdafiə etməli olub. O, gənci itələyərək avtomobilinə doğru gedib.

KİV-in məlumatına görə, polis xuliqanı saxlayıb. Həmin şəxs 28 yaşlı Yorkşir sakini olub. Daha sonra təhlükəsizlik orqanları bildiriblər ki, gənci qısa müddətlik həbs ediblər, lakin sonra azadlığa buraxıblar. Polis bildirib ki, o nazirə sadəcə etirazını bildirmək fikrində olub. Digər ehtimala görə isə britaniyalı gənc sadəcə qaçırmış və Kemeronla toqquşmaq fikri yoxmuş, bu təsadüfən baş verib.

Şərhçilər bu hadisənin “Britaniya Nazirinin təhlükəsizlik xidmətinin tamamilə çökməsi”nə işarə olduğunu düşünür.(ans)




Teqlər:





Xəbər lenti