Azərbaycan polisinə icazə verildi...

Azərbaycan polisinə icazə verildi...
  28 Oktyabr 2014    Oxunub:2128
Azərbaycanda polis əməkdaşlarının elektroşok qurğusundan istifadəsi yalnız daxili işlər nazirinin əmri ilə mümkün olacaq.

AzVision.az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü iclasında “Polis haqqında” qanuna dəyişikliklər müzakirə edilib.

Layihə barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, hazırkı qanuna görə rota komandirinin, bölük komandirinin tapşırığına əsasən hər bir polis bu qurğudan istifadə edə bilər: “Dəyişiklik ondan ibarətdir ki, elektroşok qurğusunu gəzdirəcək şəxslərin, yəni zabitlərin dairəsi daxili işlər nazirinin əmri ilə müəyyən ediləcək”.

O həmçinin qeyd edib ki, elektroşok vasitələri bu maddənin 2-ci hissəsinin 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər.

Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”

Elektroşok vasitələrin tətbiqinin vacibliyini qeyd edən Ə. Hüseynli bildirdi ki, bu məsafədən cinayətkarı və cəmiyyətə zərər vermək istəyən şəxsi və ya qrupu zərərsizləşdirməyə imkan verəcək: “Belə bir metod dünyada da mövcuddur və dünyanın bir çox inkişaf etmiş ölkələrində hətta bundan istifadə olunur.”

Onun sözlərinə görə, elektroşok 4 halda istifadə olunacaq və hər polisə onu daşımaq imkanı verilməyəcək.

“Sənəddə əks olunmuş dəyişikliyə əsasən elektroşokdan cinayətkarın insan həyatına təhlükə yaratdığı halda, kütləvi iğtişaşlar və qiyamlar zamanı, silahlı şəxsin silahdan istifadə etməklə müqavimət göstərmək ehtimalı olduğu halda, həbsdə olan şəxsi güc yolu ilə qaçırmaq isətdikdə bu vasitədən hüquq-mühafizə orqanına istifadə etmək hüququ veriləcək”.

Layihə müzakirələrdən sonra qəbul edilib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti