“Şahbazı görən kimi tanıdım” - Girovun qardaşı

“Şahbazı görən kimi tanıdım” - Girovun qardaşı
  28 Oktyabr 2014    Oxunub:8001
“Məhkəmənin oktyabrın 27-də keçiriləcəyindən xəbərimiz var idi, informasiya saytlarından da videolarına baxdıq. Qardaşım xeyli dəyişilib”.

Bu barədə AzVision.az-a Ermənistan tərəfindən girov götürülən Şahbaz Quliyevin qardaşı İlham Quliyev deyib.

Qardaşının ötən gün Xankəndində keçirilən məhkəmə prosesini mətbuat vasitəsilə izlədiyini deyən İ.Quliyev Şahbazın xeyli dəyişildiyini bildirib:

“Ürəyimiz yerinə gəldi, sadəcə girovluqdan azad olunanda rahat nəfəs alacağıq. Hələ orada nələr olacağını bilmirik. Allah köməyiniz olsun, qardaşımı görən kimi tanıdım, xeyli dəyişib”.

İ.Quliyev qardaşına məktub yazdığını da qeyd edib.

“Dörd gün olar ki, məktub yazıb göndərmişəm, amma hələ də cavab yoxdur. Məktubu verəndə bizə dedilər ki, bir-iki günə çatmalıdır”-deyə girovun qardaşı vurğulayıb.

Xatırladaq ki, Ermənistan tərəfi öz doğma dədə-baba torpqaqlarına səfər etmiş Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürüb. Ötən gün Qondarma Dağlı Qarabağ Respublikasında qurulan`məhkəmə`qarşısına çıxarılıblar.

Öz torpaqlarında işğalçılar tərəfindən məhkəməyə çaxarılan azərbaycanlılar müxtəlif cinayətlər törətməkdə günahlandırılır.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti