Girovlarla bağlı Putin və Ollanda müraciət

Girovlarla bağlı Putin və Ollanda müraciət
  28 Oktyabr 2014    Oxunub:1496
QHT Şurası nəzdində fəaliyyət göstərən Media İşçi Qrupu Kəlbəcərdə Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsinə kömək etmələri üçün Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Fransua Olland, eləcə də Avropa Komissiyasının prezidenti Jean-Claude Junker, Avropa parlamentinin sədri Martin Schultza müraciət edibər. Onların bu müraciətləri artıq ünvanlarına çatdırılıb.

Bu barədə Almaniya - Azərbaycan Mədəniyyət Evindən məlumat verilib.

Bildirilir ki, azərbaycanlı jurnalistlərin müraciəti Almaniya - Azərbaycan Mədəniyyət Evində fransız və alman.dillərinə tərcümə edilərək rəsmi blankla yuxarıda adları çəkilən şəxslərin ünvanlarına göndərilib. Həmin müraciətlər eyni zamanda faksla da həmin şəxslərə ünvanlanıb. Almaniya - Azərbaycan Mədəniyyət Evindən onu da bildiriblər ki, bu istiqamətdə səylərini davam etdirəcəklər.



Teqlər:  





Xəbər lenti