Kürdlərdən İŞİD-ə ağır zərbə

Kürdlərdən İŞİD-ə ağır zərbə
  26 Oktyabr 2014    Oxunub:1689
Kürd döyüşçüləri “İslam dövləti” (İD) yaraqlılarının əlindən İraqın şimalındakı Zumar şəhərini və bir neçə ətraf yaşayış məntəqələrini geri alıblar.


AzVision.az Trend-ə istinadən məlumat verir ki, bu barədə Livan qəzeti The Daily Star xəbər verir.

Qəzet qeyd edir ki, islamçıların mövqelərinə əvvəlcədən endirilən beynəlxalq koalisiyanın hava zərbələri Peşmərgə (Kürd silahlı qoşunu) qüvvələrinin hücumuna köməklik göstərib.

İD-nin yaraqlıları yayda İraqın şimalında və qərbində, həmçinin Suriya ərazisinin bir hissəsində böyük əraziləri ələ keçiriblər. Beynəlxalq koalisiya qüvvələri islamçıların hücumlarını dayandırmaq məqsədilə avqust ayından onların mövqelərinə hava zərbələri endirirlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti