`İlham Əliyev zəng edib məni təbrik etdi və dedi ki...`

`İlham Əliyev zəng edib məni təbrik etdi və dedi ki...`
  26 Oktyabr 2014    Oxunub:2835
Bu gün - oktyabrın 25-də böyük Rusiya və Azərbaycan müğənnisi, bəstəkarı Müslüm Maqomayevin xatirə günüdür.

Virtualaz.org saytı xəbər verir ki, bu günlərdə Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” konsert zalında Müslüm Maqomayevin adını daşıyan III beynəlxalq vokalçılar müsabiqəsi keçirilib.

Müsabiqənin jürisinə SSRİ xalq artisti, dünya opera səhnəsinin əfsanəsi, Böyük Teatrın solisti Tamara Sinyavskaya başçılıq edirdi.

Tamara Sinyavskaya həm bu müsabiqə, həm digər mövzular barədə “Murmanskiy Vestnik” qəzetinin Peterburq müxbirinə danışıb. Həmin müsahibədən seçmələri təqdim edirik:

-Tamara Georgiyevna, siz başdan-ayağa moskvalısınız, orada yaşayır, işləyirsiniz. Bəs Piterlə sizi nə bağlayır?

-Piter mənim üçün bütün parametrlər üzrə qürur predmetidir. Bura mən lap gənc olanda ilk dəfə gəlmişəm. Məncə bu, 1968, yaxud 1969-cu il idi. Filarmoniyanın Böyük Zalının administratoru Georgi Yuryeviç Berloviç məni torbada pişik balası kimi daha bir müğənni ilə birlikdə solo konsertə dəvət etdi. Və dərhal da Şostakoviç adına filarmoniyanın Böyük Zalında səhnəyə çıxardı. Bunu mən bütün ömrüm boyu unutmaram. Həmin gecə isə Piterdə bəyaz gecələrdən biri idi. Mən heç vaxt bəyaz gecə görməmişdim! Oteldən küçəyə çıxdım və heyrətlə qışqırdım: “Necə? Niyə belə işıqlıdır?” Sonra heç ağlıma da gəlmədi ki, yatmaq lazımdır. Axşam saat 11-in yarısında yaxşıca geyinib çıxdıq küçəyə... Bütün gecəni yeni tuflilərdə gəzdim.

-Vokalçılar üçün gecələr gəzmək heç də yaxşı məşğuliyyət deyil...

-Yox, yox, mən o mənada demədim, nədir, üstəlik yeni ayaqqabıda gəzmək olmaz (gülümsəyir)... Mən bu haqda fikirləşməmişdim (gülür). Səhərə yaxın qayıtdım, nömrəyə güclə qalxdım, bütün ayağım şişib tərləmişdi. Ancaq mən bu gözəllikdən əl çəkə bilməzdim, bütün gecəni Peterburqu gəzdim.

-Bəs Müslüm Maqomayevlə birlikdə Leninqrada nə vaxt gəldiniz?

-Biz “Yevropeyskaya” mehmanxanasında qalırdıq, 1976-cı il idi. Müslümün Leninqradda, Böyük Teatrda solo konserti var idi, qastrola gəlmişdi. Belə oldu.

-Sizin bu yaxınlarda tamam olan yubileyiniz niyə belə sadə keçdi?

-Nə mənada sadə? Bu, bütün ölkə boyu atəşfəşanlıqla qeyd olunmalı idi? Yox, mən elələrindən deyiləm. Ümumiyyətlə, neçə yaşımın olduğunu yazdıqları üçün utandım. Yubiley yubileydir. Məni bu hirsləndirdi (gülür). Sonra mənə Azərbaycan prezidenti İlham Əliyev zəng edib təbrik etdi. Bizim onunla yaxşı münasibətlərimiz var: “Tamara, sən məni bağışla, ancaq bilməmişəm ki, sənin neçə yaşın olub!” O, məni uşaqlığından tanıyır, biz onunla tanış olanda 14 yaşı var idi. Deyir: “Mən heç ağlıma da gətirməzdim ki, sənin...” “Oy, heç lazım da deyil!” mən cavab verdim. Hamı bilir də. Kimə lazımdır hamısı bilir, doğrudan da internetdə nəyisə gizlətmək mümkün deyil. Ancaq nəyə lazım bu haqda səs-küy salmaq?



Teqlər:  





Xəbər lenti