“Başkəsən” və ölən bacılar haqda yeni xəbər

“Başkəsən” və ölən bacılar haqda yeni xəbər
  25 Oktyabr 2014    Oxunub:2524
Bakıda bacının digərinin başını kəsməsi xəbəri bir neçə gündür ki, ölkə gündəmini zəbt edib. Ailədaxili münasibətlərin bu həddə çatmasında tez-tez qızların valideynləri də qınanır.

“Qafqazinfo”ya daxil olan məlumata görə, öldürülən Günel və öldürən Pərvanə Nuriyeva bacılarının atası Etibar Nuriyev təkcə Şəkidə tanınmır. Onunla bağlı dəfələrlə mediada xəbərlər yayımlanıb. Onlardan biri “525”ci qəzetin 08.05.2014 tarixli sayında çap olunan məqalədir:

“Etibar Məsim oğlu Nuriyev. Bu sadə, zəhmətkeş insanı yaxından tanıyanlar onun nə qədər saf, təmiz həyatının mənasını halal zəhmətdə, xalqına, millətinə xidmət etməkdə görən biri olduğunu bilirlər. O, Şəki Sahibkarlıq Assosiasiyasının və Şəki Bələdiyyəsinin üzvüdür...”


Teqlər:





Xəbər lenti