57 yaşlı qadın arabadan yıxılaraq öldü

57 yaşlı qadın arabadan yıxılaraq öldü
  25 Oktyabr 2014    Oxunub:1366
Tovuzda 57 yaşlı qadın arabadan yıxılaraq ölüb.

AzVision.az bildirir ki, Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Xatınlı kəndi ərazisində, Kür çayına gedən yolda baş verib.

Bədbəxt hadisə Xatınlı kənd sakini, 1979-cu il təvəllüdlü İlham Əhmədov at arabası ilə Qaraxanlı kənd sakini, 1957-ci il təvəllüdlü Zöhrə Niftəliyevanı qonşuluqda olan fermaya aparan zaman baş verib. Qadın arabadan düşmək istəyərkən yıxılıb və arabanın təkərinin altında qalaraq ölüb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

AzVision.az


Teqlər:  





Xəbər lenti