Nazirlik "Volkswagen"-ni cəzalandırdı

 Nazirlik "Volkswagen"-ni cəzalandırdı
  24 Oktyabr 2014    Oxunub:2504
İqtisadiyyat və Sənaye Nazirliyi yoxlamaları davam etdirir.

AzVision.az xəbər verir ki, nazirliyin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı "Volkswagen" markalı "Polo Sedan" və "Tiguan" modelli avtomobillərin reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilib.

Belə ki, həmin reklamlarda "Volkswagen" markalı "Polo Sedan" və "Tiguan" modelli avtomobillərin digər avtomobil markalarından üstünlüyü fikrini yaradan "Polo Sedan – gündəlik ehtiyaclarınızın ən ideal həlli" və "Tiguan – yolda və yolsuzluqda ən etibarlı dostunuz" məzmunlu ifadələrdən istifadə edildiyi müəyyən olunub.

Bununla əlaqədar həmin avtomobillərin satışını həyata keçirən "Euro Style LTD" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Araşdırmalar davam etdirilir.

AzVision.az




Teqlər:  





Xəbər lenti