Azərbaycana qar yağacaq

Azərbaycana qar yağacaq
  24 Oktyabr 2014    Oxunub:2589
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Axşama doğru şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-13, gündüz 16-21, axşama doğru isə 8-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə və axşam 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin şimal və şərq rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Həmçinin dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir.

AzVision.az



Teqlər:  





Xəbər lenti