Ali Məhkəməyə hakim təyin olunacaq

Ali Məhkəməyə hakim təyin olunacaq
  24 Oktyabr 2014    Oxunub:1975
Milli Məclisin oktyabrın 28-də keçiriləcək iclasının gündəliyinə 21 məsələ daxil edilib.
Bu barədə AzVision.az-a millət vəkili Zahid Oruc məlumat verib. Deputatın sözlərinə görə, gündəlikdə duran başlıca məsələ Əli Rüstəmovun Ali Məhkəmənin hakimi təyin olunması ilə bağlıdır.

Deputat daha sonra bildirib ki, iclasda qanun layihələrinə əlavə və dəyişikliklər də ediləcək:

“İnzibati icraat haqqında” qanunun fəaliyyətində dəyişiklik, “Polis haqqında qanun”a dəyişiklik, “Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və əmlakın leqallaşdırılmasına qarşı mübarizə” ilə bağlı qanunda dəyişiklik, “Yeyinti məhsulları ilə bağlı” qanuna dəyişiklik, “Qrant haqqında qanun” a dəyişiklik,
“Dövlət rüsumu və banklar haqqında” qanuna dəyişiklik və s.dir.

Qeyd edək ki, parlament oktyabrın 28-də toplanacaq.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti