Bakıda 60 yaşlı qadın intihar edib

Bakıda 60 yaşlı qadın intihar edib
  24 Oktyabr 2014    Oxunub:1188
Bakıda intihar hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1954-cü il təvəllüdlü Sevil Ələkbər qızı Babayeva özünü yaşadığı binanın 8-ci mərtəbəsindən, yataq otağının pəncərəsindən ataraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti