Şahzadə xoruz döyüşlərinə görə tutuldu

Şahzadə xoruz döyüşlərinə görə tutuldu
  24 Oktyabr 2014    Oxunub:1940
Rumıniya kralının sürgündə olan qızı İrina və onun həyat yoldaşı ABŞ-da qanunsuz xoruz döyüşləri təşkilində ittiham olunaraq şərti olaraq azadlıqdan məhrum edilib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Məlumata əsasən 61 yaşlı İrina Uoker və onun həyat yoldaşı Con Uesli Oreqon ştatında yerləşən fermalarında qanunsuz xoruz döyüşləri həyata keçirilib. Onlar son 6 ay ərzində 10 dan çox döyüş təşkil ediblər. Tamaşaçılar döyüş üçün 10 dollar ödəyirmişlər.

Şahzadə polis əməkdaşları ilə iş birliyinə giriblər və bundan sonra onlara qarşı irəli sürülən əlavə ittihamlar götürülüb. Onlar üç il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib, və 200 min dollar həcmində cərimələnib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti