Qarabağdan tarixi qələbə - VİDEO

Qarabağdan tarixi qələbə - VİDEO
  24 Oktyabr 2014    Oxunub:2514
Ötən gün Avropa Liqasının qrup mərhələsində III turun növbəti oyunları keçirilib.
AzVision.az-ın məlumatına görə, turnirdə təmsilçimiz olan "Qarabağ" klubu növbəti matçına çıxıb.

Ağdam təmsilçisi üçüncü görüşündə Ukraynada "Dnepr"in qonağı olub. Oyun komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xalını 4-ə çatdıran “Qarabağ” turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
Qeyd edək ki, Qurban Qurbanovun komandası Kiyevdəki zəfərlə Azərbaycan futbolunda yeni tarix yazıb.

Daha əvvəl - 2012/13 mövsümündə digər komandamız “Neftçi” Avroliqanın qrup mərhələsinə yüksəlsə də, qrupda qələbə qazana bilməmişdi. “Qarabağ” isə Avroliqanın qrupunda qələbə qazanan ilk Azərbaycan klubu oldu.



Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti