İŞİD-in azərbaycanlı rəhbəri öldürüldü?

İŞİD-in azərbaycanlı rəhbəri öldürüldü?
  24 Oktyabr 2014    Oxunub:1717
Türkiyə mediasında İŞİD qruplaşmasının Qafqaz üzrə nümayəndəsi olan azərbaycanlı Rövşən Bədəlovun öldürüldüyü barədə məlumat yayılıb.
AzVision.az aznews.az-a istinadən xəbər verir ki, 50 yaşlı Rövşən Bədəlov 2000-2001-ci illərdə rus-çeçen müharibəsində ruslara qarşı vuruşub.

Rövşən Bədəlov həmin dövrdə bir qrup şəxslə birgə Azərbaycana gələrək Ermənistana qarşı vuruşmaq istəsə də buna nail ola bilməmişdi. O, həmin dövrdə Azərbaycanda həbs olunaraq 10 il azadlıqdan məhrum edilib. R.Bədəlov 2013-cü ildə həbsdən çıxaraq Suriyaya gedib. Bədəlov orada azərbaycanlılardan ibarət “Tbuk” adlı batalyon qurub, daha sonra tərəfdarları ilə birgə İŞİD qruplaşmasına qoşulub.


Teqlər:





Xəbər lenti