Bakıda daha bir avtobus rəzaləti

Bakıda daha bir avtobus rəzaləti
  23 Oktyabr 2014    Oxunub:1237
Bakıda avtobusdan yıxılmış sərnişin xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 22-də Nərimanov rayonunun Xətai prospektində Xırdalan şəhər sakini Bəxtiyar Cabbarov 11 saylı xətt avtobusundan yıxılıb. Sərnişin B.Cabbarov xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar araşdırma aparılır.

Qeyd edək ki, bu ilk belə hadisə deyil. Rəsmi məlumatlara görə, Bakıda sərnişinlərin xətt avtobuslarından yıxılaraq xəsarət alması hadisəsi bir neçə dəfə baş verib.


Teqlər:





Xəbər lenti